Uzunmüddətli Öhdəliklərin Cari Hissəsi

cari il ərzində ödənilməli olan, cari aktivlərdən ödənilən (dövriyyə vəsaitlərindən) və qısamüddətli borc kimi səciyyələndirilən uzunmüddətli öhdəliyin hissəsidir.
Uzunmüddətli Öhdəliklər
Uzunmüddətli Öhdəliklərin Cari Hissəsi
OBASTAN VİKİ
Uzunmüddətli aktivlər
Nitq hissəsi
Nitq hissələri — Dilimizdə hər bir söz müəyyən nitq hissəsinə aiddir. Nitq hissələri iki qrupa ayrılır: əsas və köməkçi nitq hissələri. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil, zərf. Məsələn: kitab (isim), qəşəng (sifət), çox (say), qaçmaq (feil) və s. Köməkçi nitq hissələrinin yalnız qrammatik mənası olur, suala cavab vermir, ayrılıqda cümlə üzvü rolunda çıxış etmir. Məsələn: və, çünki, üçün, amma, lap, isə və s. Əsas nitq hissələri leksik və qrammatik mənaya malik olur, cümlə üzvü olur, müvafiq suala cavab verir. Altı əsas nitq hissəsi var: isim, sifət, say, əvəzlik, feil və zərf. Ümumi qrammatik əlamət dedikdə sözün ifadə etdiyi məna, daşıdığı sual və cümlədə mövqeyi nəzərdə tutulur.
Cari aktivlər
Cari aktivlər (ing. current assets) — bir istehsal dövrü və ya bir il ərzində nağd pula çevrilə bilən aktivlər. Şirkətin uzunmüddətli aktivlərindən fərqli olaraq, cari aktivlərin davamlı olması nəzərdə tutulmur. Cari aktivlər balansın ikinci bölməsində əks etdirilir.
Uzunmüddətli atəş nöqtəsi
Uzunmüddətli atəş nöqtəsi (rus. Долговременная огневая точка, DOT, bəzən "uzunmüddətli müdafiə nöqtəsi" də deyilir) — uzunmüddətli müdafiə və qorunan otaqdan (döyüş qazamatı) müxtəlif atəş silahlarını atmaq üçün davamlı materiallardan hazırlanmış ayrı bir kiçik kapital istehkam binası. DOTlar əsasən monolitik və ya yığma dəmir-beton, məhlul əsaslı daş, möhkəmlətmə və zireh örtüklü dəmir kirişlərdən tikilir. Tamamilə metaldan hazırlanmış atəş nöqtəsinə zirehli başlıq deyilir. Monolitik dəmir-beton ən çox istifadə ediləndir. Bu quruluşdan möhkəmləndirilmiş sahə sistemində tək və ya bir çox ola bilər. Digər uzunmüddətli istehkam tikililəri kimi, DOT da hərbi qulluqçuları düşmən atəşinə məruz qalmaqdan qoruyur (güllə, qəlpə, mina, mərmi və hava bombası partlayışları) və qarnizona düşmən üzərinə bu nöqtələrdən qala topları və pulemyot qurğuları vasitəsilə atəş etməyə imkan verir. Torpağa batmış tanklar (köhnəlmiş və ya müstəqil hərəkət etmək qabiliyyəti olmayan) bəzən DOT kimi, həmçinin təməllərə quraşdırılmış tank qüllələri (tank qülləsi qutuları) kimi istifadə olunurdu.
Uzunmüddətli sıxılma sindromu
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.
Bakı istehkamçılar hissəsi
Bakı istehkamçılar hissəsi — Denikin qoşunlarının təcavüzü təhlükəsinə qarşı Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli qərarı ilə yaradılmış hərbi müdafiə strukturu. == Məlumat == Hərbi Nazirliyin Topçu idarəsinin rəisi general-mayor Murad Gəray Tlexas Bakı istehkamçılar hissəsinin rəisi təyin edildi. Dövlət Müdafiə Komitəsinin 1919-cu il 13 sentyabr tarixli əmrinə əsasən Bakı istehkamçılar hissəsinin rəisinə ölkənin müdafiəsi üçün zəruri olan hər hansı əmlakı müsadirə etmək hüquqi verildi. Bakı istehkamçılar hissəsi strateji əhəmiyyətinə görə birinci dərəcəli qalaya bərabər idi. Onun hüdudları Qızılburundan Ələtə qədər müəyyənləşdirilmişdi. Birbaşa hərbi nazirə tabe olan hissələrdən başqa, Bakı qarnizonunun digər hissələri də — Bakının hərbi limanı, oradakı üzən obyektlər, Nizovaya (Niyazabad) liman körpüsündən tutmuş Ələt stansiyasına qədər sahil boyunca yerləşdirilmiş toplar da istehkamçılar hissəsinin tabeliyinə verilmişdi. İstehkamçılar hissəsinin öz bayrağı var idi. Həmin bayraq Bayıl burnunda, radiostansiyanın yanında qaldırılmışdı və onun mühafizəsi təmin edilirdi. Bakı istehkamçılar hissəsinin tərkibində Topçu idarəsi, İstehkam idarəsi, Ləvazimat idarəsi, Hərbi-tibb idarəsi, rabitə qrupu və katerlər qrupu var idi. 1919-cu il dekabrın 10-da Murad Gəray Tlexas Bakının hərbi general-qubernatoru təyin olunduğu üçün Bakı istehkamçılar hissəsinin rəisi vəzifəsi general-mayor İbrahim ağa Usubov oldu və o, Azərbaycan Cümhuriyyətinin süqutuna qədər bu vəzifədə fəaliyyət göstərdi.
Cari valyuta əməliyyatları
Cari əməliyyatlar balansı
Cari əməliyyatlar balansı — ölkənin tədiyə balansının mal və xidmətlərin ixracını və idxalını, investisiyalardan xalis gəliri və transfer ödənişlərinin xalis həcmini qeyd edən hissəsi. Cari əməliyyatlar qalığı — mal, xidmət və gəlir əməliyyatlarını əks etdirən tədiyə balansının hesabı. Cari ödəmə balansına mal və xidmətlərin ixracatı və idxalı, xarici investisiyalardan gələn gəlir və cari transfertlər daxildir. Balans hesabatı tərtib edildiyi dövrdə başa çatmış və sonrakı dövrlərdə təsiri tədiyə balansına təsir göstərməyən əməliyyatları əks etdirir. Hesab üç maddəyə (balans) bölünür: "Mallar və xidmətlər", "Gəlir" və "Cari köçürmələr". Cari əməliyyatlar balansı aşağıdakı kimidir. Cari əməliyyatlar balansı 1. Məhsullar və xidmətlər 1.1 Məhsullar 1.2 Xidmətlər 2. Gəlir 2.1 Ödəniş 2.2 İnvestisiyalardan gələn gəlir 3. Cari transfertlər Mallar və xidmətlər balansı malların və xidmətlərin ixracı və idxalı üçün daxilolmaların və ödəmələrin həcmini xarakterizə edir.
Köməkçi nitq hissəsi
Köməkçi nitq hissələri — ayrılıqda leksik mənaları olmur, suala cavab vermir, cümlə üzvü olmur, söz yaradıcılığında iştirak etmir, yəni onlardan yeni söz yaratmaq olmur. Azərbaycan dilində beş köməkçi nitq hissəsi var və onlar yalnız qrammatik mənaya malikdirlər. Bunlar qoşma, bağlayıcı, ədat, modal sözlər və nidadır. Köməkçi nitq hissələri əsas nitq hissəsindən fərqli olaraq leksik mənaya malik olmur,əsas nitq hissəsi kimi söz yaradıcılığında iştirak etmir , özünə məxsus sualı yoxdur, qoşulduğu sözlə cümlə üzvü olur. Həmçinin quruluşca sadə və mürəkkəb olur. İsmin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarında olan sözlərə qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsinə qoşma deyilir. Qoşmanın 9 məna növü var: Birgəlik, vasitə, alət : ilə, (la, lə),-ca, cə .(adlıq , yiyəlik hal ilə işlənir) Zaman : əvvəl, qabaq, sonra , bəri .(çıxışlıq hal ilə işlənir) Məsafə : kimi, qədər, dək, can, cən .(yönlük hal ilə işlənir) İstiqamət : sarı, tərəf, doğru , qarşı .(yönlük hal ilə işlənir) Bənzətmə : kimi , qədər , -tək , ca, cə , təki. (adlıq , yiyəlik hal ilə işlənir) Fərqləndirmə : başqa , savayı , özgə , qeyri , əlavə. (çıxışlıq hal ilə işlənir) İstinad : görə , əsasən , ca . (yönlük hal ilə işlənir) Səbəb, məqsəd : üçün , görə , ötrü , sarı , üstündə , uğrunda , naminə .
Maqazin (silah hissəsi)
Maqazin — tapança, tüfəng, avtomatik silah, yüngül pulemyot, avtomatik snayper tüfəngi kimi odlu silahın güllələrini atəşə hazır vəziyyətdə saxlayan bir cihazdır. Silahın xüsusiyyətlərinə görə 7, 9, 14 və s. növləri mövcuddur. Sinə-sinəyə həyata keçirilən küçə döyüşlərində istifadə olunan qısa lüləli 9 mm çaplı Stenlərin maqazinləri 32 sm uzunluğundadır və fleuber mərmi atan kiçik kalibrli yivli-setli tüfənglərinki isə daha yüksək tutuma malikdir.
Sifət (nitq hissəsi)
Sifət — əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsi. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab verir. Sifətlər əsasən əşyanın əlamətini, keyfiyyətini və rəngini təyin edir. Əlamət dedikdə, əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Əşyanın rəngi də onun əlamətlərindən biridir. Sifət həmişə ismə aid olur, isimdən əvvəl gəlir, cümlədə ən çox təyin və xəbər vəzifəsində işlənir. Ancaq isimləşdikdə mübtəda və tamamlıq vəzifəsində də işlənir.
Xalis cari dəyər
Xalis cari dəyər (XCD, ing. net present value, NPV) — bu günə qədər azaldılmış ödəniş axınının endirimli dəyərlərinin cəmidir. NPV göstəricisi, cari vaxta (investisiya layihəsinin qiymətləndirilməsi anına) azaldılmış bütün pul daxilolmaları və çıxışları arasındakı fərqdir. Bu, pul vəsaitlərinin daxilolmaları ilkin investisiya xərclərini və layihə ilə bağlı dövri pul vəsaitlərinin xaric olmasını ödədikdən sonra investorun layihədən almağı gözlədiyi pul vəsaitinin məbləğini göstərir. Nağd ödənişlər zaman dəyəri və risk əsasında qiymətləndirildiyi üçün NPV layihə tərəfindən əlavə dəyər kimi şərh edilə bilər. Bu, investorun ümumi gəliri kimi də şərh edilə bilər. Amerikalı professor Entoni Atkinsona görə, “xalis cari dəyər” investisiya layihəsi ilə bağlı bütün diskontlaşdırılmış pul vəsaitlərinin (daxil və çıxışlarının) cəmidir. CF (Cash Flow) pul axını üçün burada C F t {\displaystyle CF_{t}} t {\displaystyle t} illərində ödənişdir ( t = 1 , . . .
Zərf (nitq hissəsi)
Zərf — iş və hərəkətin icra tərzini, zamanını, yerini, miqdarını, əlamətini və s. bildirən əsas nitq hissəsidir. Zərflər necə?, nə zaman?, nə vaxt? hara? nə qədər? nə üçün? nə cür? və s. suallarından birinə cavab verir. Zərflər daha çox feilin təsriflənən formaları ilə bağlı olur.
İstanbulun tarixi hissəsi
İstanbulun tarixi hissəsi Türkiyənin İstanbul şəhərindəki tarixi yarımada hissəsində yerləşən 4 regiondan ibarət və 1985-ci ildə YUNESKO-nun Dünya İrsi siyahısına daxil edilmiş mühafizə edilən hissədir. Siyahıya dörd rayon və bunlara daxil olan tikililər daxildir. Bunlar; Zeyrək Məscidi və ətrafı, Süleymaniyyə Məscidi və ətrafı, Sultanəhməd və ətrafı və İstanbulun qurudan müdafiə divarlarıdır.
Qoşma (nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. Birgəlik, vasitə – ilə (-la -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı, bəri Bənzətmə – kimi, qədər, tək, təki, -can(cən). Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, oxsatma mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s. kimi Qoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır.
Lvovun tarixi hissəsi
Lvovun tarixi hissəsi və ya Lvovun tarixi mərkəzi yaxud Köhnə şəhər (ukr. Ансамбль історичного центру Львова, Старе місто) — UNESKO-nun Dünya Mədəniyyət Mirasları siyahısına daxil edilmiş Ukraynanın Lvov şəhərinin mərkəzi hissəsindəki ərazi. Ərazi 1975-ci ildə Dövlət Tarix-Memarlıq Yasaqlığı statusu alıb. 1998-ci il noyabrın 30-dan dekabrın 5-dək Kiotoda (Yaponiya) keçirilən YUNESKO-nun Ümumdünya İrs Komitəsinin 22-ci konfransında Lvov Ümumdünya İrs Saytı kimi qəbul edilib. YUNESKO Komitəsi Lvovun Ümumdünya İrs Siyahısına daxil edilməsi və YUNESKO-nun belə meyarlarına uyğunluğu üçün aşağıdakı səbəbləri təqdim etmişdir: II meyar: Şəhərsalma və memarlıq baxımından Lvov Şərqi Avropanın memarlıq və bədii ənənələrinin İtaliya və Almaniyanın eyni ənənələri ilə sintezinin görkəmli nümunəsidir; V meyar: Lvovun siyasi və kommersiya rolu həmişə şəhərin müxtəlif və eyni zamanda bir-biri ilə əlaqəli icmalarını təşkil edən müxtəlif mədəni və dini ənənələrə malik müəyyən sayda etnik qrupları cəlb etmişdir ki, bunun sübutu həmişə şəhər və memarlıq mənzərəsi olmuşdur. Tarixi mərkəzin ansamblının ərazisi 120 hektar Kiyev Rus dövləti və Lvov şəhərinin orta əsrlər hissəsindən, həmçinin Svyatoyurskaya təpəsindəki Müqəddəs Georgi kafedralının ərazisindən ibarətdir. Kafedral ansamblı Ukrayna torpaqlarının bədii mədəniyyətində xüsusi yeri tutur, həmçinin ona görə ki, o indiyə kimi öz divarlarında müxtəlif dövrlərin bir çox görkəmli tarixi və bədii abidələrini gizlədir və öz dövrü üçün ən nümayəndə və əhəmiyyətli sayılabiləcək relikviyaları mühafizə edir. Ancaq, bir sıra tarixi səbəblərə görə, relikviyaların əksəriyyəti hal-hazırda kilsə xaricindədirlər: hal-hazırda bu əşyalar Andrey Şeptitski adına Milli muzeydə, Onufriyevski monastırın arxiv fondlarında, Lvovdakı Ukraynanın mərkəzi dövlət tarix arxivi və Vasili Stefanika adına Lvov elmi kitabxanasında saxlanılır. Tarixi Mərkəzin ansamblının bufer zonası tarixi ərazinin hüdudları ilə müəyyən edilir və 3000 hektara yaxındır. Üç əsas ərazinin sadalanan maddələrindən başqa, İçərişəhərin ərazisində təxminən 2007 digər tarixi abidə var ki, onlardan 214-ü milli səviyyəli hesab olunur.
Əsas nitq hissəsi
Əsas nitq hissələri – Müstəqil leksik mənaya malik olan, müəyyən əşyanı, əlaməti, miqdarı, hərəkəti və s. bildirilən, suala cavab verilən, şəkilçi qəbul edən, cümlədə bu və ya digər cümlə üzvü yerində işlənən nitq hissələri. Azərbaycan dilində 6 əsas nitq hissəsi var. Azərbaycan dilində isim, sifət, say, əvəzlik, feil, zərf olmaqla altı əsas nitq hissəsi var. Ümumi qrammatik mənasına görə əşyanın adını bildirən əsas nitq hissəsinə isim deyilir. İsim kim? nə? hara? suallarından birinə cavab verir. İsmin özünəməxsus cəhətləri var ki, onları başqa nitq hissələrində görmürük.
Cari-vaxt adaptiv təhlükəsizliyi
Cari vaxt adaptiv təhlükəsizliyi — şəbəkə təhlükəsizliyi modeli olub şəbəkə üzərindən inkişaf etmiş müəssisələrə olan hücmların qarşısını almaqda xüsusi rol oynayır. Adaptiv təhlükəsizlik şəbəkədəki təhlükəli nəqliyyatı izləməkdə, anomalik davranışları aşkarlamaqda, zəif nöqtələri aşkara çıxarmaqda, sistemdə olan cari dəyişiklikləri tapmaqda, avtomatik olaraq icazəsiz müraciətin qarşısını almaqda, təhlükəli şəbəkə nəqliyyatını bağlamaqda, mühüm rol oynayır. Digər başqa xüsusiyyətləri ilə yanaşı adaptiv təhlükəsizlik elə bir təhlükəsizlik platformasıdır ki, yalnız spesifik problemi həll etmək əvəzinə onun kökündən həllini tapmaqda əvəzsizdir və beləliklə heuristic sistemlər təhlkükələrə qarşı daha asan mübarizə apara bilir. Təhlükəsizliyi hazır tətbiqetməyə daxil etmək əvəzinə bu təhlükəsizlik modeli tətbiqetmənin ilkin dizayn mərhələsində yaradılır. Cari adaptiv təhlükəsizliiyin bu modelində böyük bir dəyişiklik müəllif menecmenti ve siyasətini istifadəçinin vəziyyətinə adaptasiya ola bilən, tələbə cavabdeh bir servise çevirməsidir.
Qoşma (köməkçi nitq hissəsi)
Qoşma — ismin adlıq, yiyəlik, yönlük və çıxışlıq hallarına qoşularaq müəyyən məna çaları yaradan köməkçi nitq hissəsidir. Qoşmanı başqa köməkçi nitq hissələrindən fərqləndirən əsas cəhətlərdən biri onun qoşulduğu sözlə birlikdə cümlə üzvü olmasıdır və şəkilçi qəbul etməsidir. Həmçinin qoşmalar qoşulduğu sözlə cümlə üzvü olur və qoşma kimi qalır. Birgəlik, vasitə – ilə (-la -lə), -ca (-cə) Zaman – əvvəl, qabaq, sonra, bəri. Məsafə – kimi, qədər, -dək, -can² İstiqamət – sarı, tərəf, doğru, qarşı, bəri Bənzətmə – kimi, qədər, tək, təki, -can(cən). Fərqləndirmə –özgə, başqa, savayı, qeyri, əlavə. İstinad – görə, əsasən Səbəb-məqsəd – üçün, ötrü, görə, uğrunda, sarı. Aidlik – aid, dair, məxsus, xas, haqqında, haqda, barədə. kimi, qədər, -dək, -can2; məsafə qoşmaları kimi, tək; bənzətmə, oxsatma mənasında əvvəl, qabaq; zaman mənasında tərəf, doğru, sarı; istiqamət mənasında -ca, qədər, kimi, -tək; bənzətmə mənasında -ca, ilə: birgəlik, vasitə mənasında və s. kimi Qoşmalar, əsasən isimlərə qoşulur və həmin isimlərlə başqa isimlər arasında əlaqə yaradır.
Demokrat Partiya (Türkiyə, cari)
Demokrat Partiya (türk. Demokrat Parti) — 27 may 2007-ci ildə Doğru Yol Partiyasının adını və loqosunu dəyişməsi nəticəsində qurulan türk siyasi partiyası. Partiyanın kökləri 1946-cı ildə Cəlal Bayarın öndərliyi ilə yaradılan eyni adlı siyasi təşkilata dayanır. Bu partiaya 1950-ci il parlament seçkilərində qələbə qazanaraq Cümhuriyyət Xalq Partiyasından sonra Türkiyədə iqtidara gələn ilk partiya oldu. Demokrat Partiyadan Adnan Menderes baş nazir, Cəlal Bayar isə prezident seçildi. Demokrat Partiya iqtidarının hakimiyyətinə 1960-cı il 27 may çevrilişi ilə son qoyuldu. Partiya ləğv olunsa da idealogiyası sonrakı illərdə başqa partiyalarda yaşadı. Bunlardan ən əsasları Ədalət Partiyası, Ana Vətən Partiyası və Doğru Yol Partiyası idi. Bu siyasi qurumlar 2000-ci illərə kimi Türkiyə siyasi həyatında böyük rol oynamış və bir neçə dəfə iqtidara gəlmişlər. 27 may 2007-ci ildə Mehmed Ağarın rəhbərlik etdiyi Doğru Yol Partiyası adını və emblemini dəyişdirərək Demokrat Partiyaya çevrildi.
Vahid məbləğin cari dəyəri
Vahid məbləğin cari dəyəri və ya diskontlaşdırılmış dəyər — zamanın müxtəlif nöqtələrində alınan pulun müxtəlif dəyəri əsasında gələcək ödəniş axınının dəyərinin (cari pul ekvivalenti) qiymətləndirilməsi (pulun zaman dəyəri anlayışı). Vahid məbləğin cari dəyəri əsasında qiymətləndirmələr və eynilə vahid məbləğin gələcək dəyəri əsasında qiymətləndirmələr kreditləri, ipotekaları, annuitetləri, xarici istiqrazları və s. qiymətləndirmək üçün istifadə olunur. Bu hesablamalar eyni vaxtda baş verməyən pul vəsaitləri axını arasında müqayisə aparmaq üçün istifadə olunur, çünki dəyərlər arasında müqayisə aparmaq üçün vaxt və tarixlər ardıcıl olmalıdır. Aktivin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitində bu aktivin istifadəsindən gözlənilən gələcək xalis pul vəsaiti daxilolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. Öhdəliyin diskontlaşdırılmış dəyər əsasında qiymətləndirilməsi adi iş şəraitindəbu öhdəliyin yerinə yetirilməsindən gözlənilən gələcək xalis pul vəsaiti xaricolmalarının hal-hazırda məbləği ilə qiymətləndirilməsini nəzərdə tutur. Ширяев А. Н. Основы стохастической финансовой математики. 1. Факты. Модели.
Cari əməliyyatlar üzrə pul axını
Ölkələr üzrə cari əməliyyatlar balans siyahısı
Cari əməliyyatlar balansına (genişlənmiş xarici ticarət balansı) görə ölkələrin (ştatlar, asılı ərazilər) siyahısı.
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom)
Uzunmüddətli sıxılma sindromu (Travmatik toksikoz, Kraş-sindrom) (ing. Crush syndrome) — Bədənin hər hansı bir hissəsinin 2-4 saat və daha çox sıxılması nəticəsində zədələnmiş yerdən distalda yerli qan dövranının pozulmasına və yumşaq toxumaların dağılmasına uzunmuddətli sıxılma sindromu deyilir. Sindromu ilk dəfə 1918-ci ildə Birinci Dünya müharibəsi zamanı fransız cərrah Kenyu (E. Quenu, 1918) tərəfindən təsvir edilmişdir. 1941-ci ildə, İkinci Dünya müharibəsi dövründə, alman təyyarələri tərəfindən Londonun bombalanması zamanı qurbanların müalicəsində iştirak edən İngilis alimi Bayuoters (E. Bywaters) Bu sindromu araşdırılması zamanı nozoloji müstəqil bir vahid olaraq təcrid etmişdir (qurbanların % 3,5-də müşahidə edilmişdir). Bu sindromun əsas kliniki əlamətləri sıxılmış toxumalar azad olduqdan sonra başlayır. Uzunmüddətli sıxılma sindromu toxuma və üzvlərdə baş vermiş zədəyə görə aşağıdakı qaydada təsnif olunur: toxumanın sıxılma növünə görə (sıxılma, əzilmə); yerləşməsinə görə (yuxarı, aşağı ətraflar, çanaq, qarın, döş); müştərəkliyinə görə (örtük toxumaların cırılması, sınıqlar, damar, sinir, daxili üzvlərin, baş-beyin və onurğa beyin zədələnmələri ilə); qarışıqlığına görə (yanıq, donma, şüalanma, zəhərləyici maddələrin iştirakı ilə); dərəcəsinə görə (yüngül, orta, ağır); dövrünə görə (sıxılma, erkən şok, böyrək çatışmazlığı, gecikmiş fəsadlar və sağalma); fəsadlarına görə (ətrafların, daxili üzvlərin sıxılması, irinli infeksiyanın inkişafı). Təbii fəlakətlər (zəlzələ), texniki (şaxtaların uçması), istehsalat, nəqliyyat qəzaları, partlayışlar (bomba) zamanı insan bədəninin hər hansı bir hissəsi üzərinə sıxıcı amillərin (beton, dəmir lövhələr, ağır mexanizmlər, torpaq, ağac) təsirindən toxumalar dağılır (əzilir, didilir), sıxılır və yerli qan dövranı pozulur. Sıxılmış toxumalarda irimənfəzli arterial və venoz damarların sıxılması ilə əlaqədar mikrosirkulyasiya pozulur. Toxumalarda kəskin hipoksiya, metabolik asidoz inkişaf edir və işemik nekroz yaranır. Uzunmüddətli sıxılma sindromunun kliniki gedişi üç dövrə ayrılır: şok dövrü - ödemin artması və damar çatışmazlığı 1-3 gün davam edir; kəskin böyrək çatışmazlığı dövrü -3-9 gün davam edir; sağalma dövrü.

Digər lüğətlərdə